DYP-dən sürücülərə hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

alfonsonri
Oxunma vaxtı:24 Saniyə

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

İdarədən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında eləcə də, Respublikanın digər rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşıb və buda sürücülərə ciddi çətinliklər yaradır.

“Qeyd olunanları nəzərə alaraq bütün sürücülərdən sürət həddini real vəziyyətə uyğun seçməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, eləcə də ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik”, – DYP-nin müraciətində bildirilir.

Loading

Next Post

Trampla görüşdən sonra taleyi dəyişən azərbaycanlı milyonçu kimdir?

Ukraynada yaşayan azərbaycanlı milyonçu Vaqif Əliyev bu ölkədəki planlarının bəzilərini gerçəkləşdirə bilməyib.  Bu barədə “Ekonomika Pravda” məlumat dərc edib.  Məlumata görə, 1968-ci ildə Türkmənistanda azərbaycanlı ailəsində anadan olan iş adamı Ukraynada “Mandarin Palace”, “Blockbuster Mall”, “Lavina Mall” və s. ticarət mərkəzlərinin sahibidir. O, amerikalı biznesmen (eks ABŞ prezidenti) Donald Trampla […]