Avtobuslar adi qrafikə qayıtdı

Oxunma vaxtı:32 Saniyə

Bu gün avtobuslar adi qrafik və sxem üzrə fəaliyyətini davam etdirəcək.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb, 

Ötən gün təhlükəsizlik məqsədilə avtobusların fəaliyyətinə tətbiq edilən saat məhdudiyyəti aradan qaldırılıb.

Qeyd edilib ki, ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar gücləndirilmiş iş rejimində çalışır:

“AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur. Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xəttə gündəlik saya uyğun avtobuslar buraxılıb.

Onu da qeyd edək ki, kəskin hava şəraiti ilə əlaqədar avtobusların fəaliyyətində məhdudiyyətlər ola bilər. Sərnişinlərdən müvəqqəti məhdudiyyətləri anlayışla qəbul etmələri xahiş olunur”.

Loading

Next Post

Medvedyev Kiyevə çağırış etdi: Hazırlaşın!

Bəs 404-cü ölkə və onun indiki neonasist rejimi? Onların iki yolu var. Birincisi: amerikalıların ayaqlarına yıxılaraq, onları ehtiraslı öpüşlərə qərq edin, dərhal seçkilər elan edin və müharibənin xoşagəlməz sonluğuna hazırlaşın. Mahiyyətcə, təslim olmağa hazır olun. Bu sözləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev sosial şəbəkə hesabında yazıb. Medvedev “ikinci […]