Nazir: Azərbaycan mədəniyyəti ilə bağlı yeni yanaşmalar hazırlanır

Oxunma vaxtı:52 Saniyə

“Azərbaycanın zəngin mədəni tarixi var və bu mədəniyyət Azərbaycan dövlətçiliyinin formalaşmasında ciddi və əsaslı təsirə malik olub”.

Bunu mədəniyyət naziri Adil Kərimli “Mədəniyyət və Hüquq: Müasir Çağırışlar Forumu”nda açılış nitqi zamanı deyib.

Nazir bildirib ki, Prezident İlham Əliyevin də dövlət siyasətində mədəniyyət anlayışı ana xəttə malikdir: “Onun Azərbaycan mədəni dəyərlərinin zənginləşməsi, gənc nəsildə yaradıcı potensialın inkişafı istiqamətində fəaliyyəti danılmazdır”.

Nazir bildirib ki, Azərbaycan mədəniyyəti ilə bağlı yeni yanaşmalar işlənib hazırlanmaqdadır.

“Bu model, bu baxışla bağlı yaxın zamanda əlavə açıqlamalar veriləcəkdir”, – o qeyd edib.

Adil Kərimli cəmiyyətdə mədəniyyətə fərqli baxışların qaçılmaz olduğunu da bildirib: “Mədəniyyət sosial məfhum və fenomendir. Bu mənada, mədəniyyətə yeni və geniş baxış formalaşmaqdadır. Hər şeyin başında mədəniyyət anlayışı dayandığı kimi, hüquq sistemində də mədəni dəyərlərimiz nəzərə alınmalı, bu əsasda qanunvericilik formalaşmalıdır”.

Adil Kərimli qeyd edib ki, mədəni kimlik tarixən formalaşır və biz hər birimiz bununla fəxr etməli, onu bizdən kənar tutmağa çalışan, neqativlik yaradan qüvvələrlə bərabər mübarizə aparmalıyıq: “Çünki Azərbaycan mədəniyyəti təkcə nazirliyin, yaxud mədəni xadimlərin işi deyil, bu, ümumən bütün Azərbaycan cəmiyyətini əlaqədar edən anlayış və prosesdir”.

Loading

Next Post

Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib

Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib. Nazirlər Kabineti bu barədə qərar verib. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Keyfiyyət informasiya sisteminin formalaşdırılması və aparılması, həmçinin fəaliyyətinin təşkili, saxlanması, ondan səmərəli istifadənin təmin edilməsi və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, Rəqəmsal İnkişaf və Nəqliyyat […]