Maştağa və Albalılıqda işıq olmayacaq

DogruSozTv Az
Oxunma vaxtı:29 Saniyə

Bu gün Bakının Sabunçu rayonunun bir sıra ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Azərişıq ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə noyabrın 4-də Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 35/6 kV-luq 497 saylı yarımstansiyada yenidənqurma və təmir-təftiş işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 14:30-dan 15:30-dək Maştağa qəsəbəsinin bəzi hissələrində, eləcə də Albalılıq adlanan yaşayış ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Loading

Next Post

İran səfiri: Sərhəddə gələn aylarda yeni keçid məntəqəsi açılacaq

“>https://azadmedia.az/uploads/posts/2025-11/1762253265_tignlnat5ekqidkkzp7oma1beipi7lqmtukfsa.png[/img][/center] Azərbaycan-İran sərhədində gələn aylarda yeni keçid məntəqəsi açılacaq. Bunu “Report”un yerli bürosuna açıqlamasında Naxçıvanda səfərdə olan İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib. O qeyd edib ki, hazırda İran və Azərbaycan arasında dörd keçid məntəqəsi – Astara, Biləsuvar, Culfa və Şahtaxtı-Poldəşt fəaliyyət göstərir: “Gələn aylarda isə daha bir keçid məntəqəsi […]