Qazaxıstanda təyyarə qəzaya uğrayıb, pilot ölüb

Oxunma vaxtı:13 Saniyə

Qazaxıstanın Pavlodar vilayətində “An-2” təyyarəsi qəzaya uğrayıb.

“Tengrinews” bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.

Kimyəvi işlər aparan təyyarənin elektrik xətlərinə toxunduğu bildirilir.

Təyyarədə iki ekipaj üzvü olub.

Hadisə nəticəsində bir pilot ölüb. İkinci pilot Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən təyyarədən çıxarılıb.

Loading

Next Post

Vətəndaşlar üçün təcili kreditləşmə alətlərinin tətbiq edilməsi planlaşdırılır

2027–2029-cu illər ərzində Azərbaycanda az miqdarda nağd pula ehtiyacı olan fiziki şəxslər üçün qısamüddətli təcili kreditləşmə alətlərinin təşviq edilməsi nəzərdə tutulur. Bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb. Plan çərçivəsində qısamüddətli təcili kreditləşmə üzrə cari vəziyyət təhlil ediləcək, hüquqi […]