Vətəndaşlar üçün təcili kreditləşmə alətlərinin tətbiq edilməsi planlaşdırılır

Oxunma vaxtı:24 Saniyə

2027–2029-cu illər ərzində Azərbaycanda az miqdarda nağd pula ehtiyacı olan fiziki şəxslər üçün qısamüddətli təcili kreditləşmə alətlərinin təşviq edilməsi nəzərdə tutulur.

Bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Plan çərçivəsində qısamüddətli təcili kreditləşmə üzrə cari vəziyyət təhlil ediləcək, hüquqi çərçivəyə yenidən baxılacaq və ehtiyac yaranacağı halda dəyişikliklər hazırlanacaq.

Yekun nəticədə isə kredit təşkilatları tərəfindən təcili maliyyə ehtiyacları üzrə məsuliyyətli kreditləşmə alətlərinin tətbiq edilməsi planlaşdırılır.

Loading

Next Post

Hindistan Prezidenti Azərbaycan dövlət başçısına təbrik məktubu göndərib

Hindistan Respublikasının Prezidenti Draupadi Murmu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrik məktubunda deyilir: “Zati-aliləri. Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə, Hökumətinizə və dost Azərbaycan xalqına Hindistan Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi yetirirəm. Hindistan və Azərbaycan arasında tarixi və mədəni əlaqələr mövcuddur. […]