Hindistan Prezidenti Azərbaycan dövlət başçısına təbrik məktubu göndərib

Oxunma vaxtı:27 Saniyə

Hindistan Respublikasının Prezidenti Draupadi Murmu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrik məktubunda deyilir:

“Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə, Hökumətinizə və dost Azərbaycan xalqına Hindistan Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi yetirirəm.

Hindistan və Azərbaycan arasında tarixi və mədəni əlaqələr mövcuddur. İnsanlar arasında təmaslarla yanaşı, iqtisadi və ticarət sahələrində əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensial var.

Sizə möhkəm cansağlığı və rifah, Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Loading

Next Post

ŞƏKİ DYP-nin SABİQ MƏTBUAT KATİBİNİNBAYRAM TƏBRİKİ.

Şəki ŞRPŞ DYPB-nin sabiq təbliğat və təşviqat üzrə inspektoru ( mətbuat katibi ) , Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İB-nin üzvü, təqaüddə olan polis veteranı, ehtiyatda olan polis zabiti, ictimai fəal Tural Niftalıyev xalqımızı belə təbrik etdi :Hörmətli həmvətənlər, qalib xalqın qalib vətəndaşları, Sizi milli və […]