İcma: “Amnesty International”ın bəyanatı əsassız və böhtan xarakterlidir

Oxunma vaxtı:39 Saniyə

“Amnesty International” təşkilatı fevralın 17-də Azərbaycan məhkəməsinin erməniəsilli şəxslər barədə çıxardığı hökm barədə tamamilə əsassız, böhtan xarakterli açıqlama ilə çıxış edib.

Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, İcma müxtəlif vaxtlarda “Amnesty International” təşkilatına Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş hüquqlarının bərpasına kömək xahişi ilə müraciət edib:

“Lakin təşkilat olduqca mücərrəd cavab verərək ədaləti dəstəkləməkdən boyun qaçırıb. “Amnesty International” 17 fevral açıqlaması ilə bu mücərrəd cavabın səbəblərini bir daha göstərib. Qurum özünün kağız üstündə bəyan etdiyi nəcib dəyərlərə xəyanət edərək işğalçının, etnik təmizləmə, bir həftə sonra 34-cü ildönümü anılacaq Xocalı soyqırımını törədən canilərin yanında olduğunu, insan haqlarına, insan iztirablarına, humanitar fəlakətlərə yalnız siyasi prizmadan yanaşdığını nümayiş etdirib. “Amnesty International” belə saxtakar mövqeyi ilə bu gün dünyada beynəlxalq təsisatlara etibarın kəskin şəkildə zədələnməsinə öz “töhfəsi”ni verir”.

Loading

Next Post

Nəriman Həsənzadə "Heydər Əliyev" ordeni ilə təltif edilib

Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla o, bu mükafata Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə layiq görülüb. Qeyd edək ki, bu gün Xalq şairinin 95 yaşı tamam olur və Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva […]