Deputatlar 8 vacib məsələnin müzakirəsinə BAŞLADILAR

Oxunma vaxtı:52 Saniyə

Milli Məclisin növbəti plenar iclası keçirilir.

Parlamentin plenar iclasının gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatı.

2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. “Dövlət icra məmurları haqqında”, “İcra haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

6. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

7. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

8. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

Loading

Next Post

Milli Məclisin Belçika və Niderland parlamentləri ilə işçi qrupların fəaliyyətinin dayandırılması təklif edilib

Milli Məclisin Belçika və Niderland parlamentləri ilə işçi qrupunun fəaliyyətinin dayandırılmasına dair təklif irəli sürülüb. Bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin aprelin 21-də keçirilən plenar iclasında deyib. Çıxışında sözügedən ölkələrin parlamentlərinin Azərbaycanla bağlı qərəzli qətnamələrini pisləyən E.Mirzəbəyli qeyd edib ki, həmin sənədlər nə hüquqi əsaslara, nə də regiondakı real […]