Ceyranbatan qəsəbəsində neft kəmərində sızma baş VERDİ – VİDEO

alfonsonri
Oxunma vaxtı:28 Saniyə

“112” qaynar telefon xəttinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində neft kəmərində sızma baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyin mütəxəssisləri əraziyə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Hadisənin ilkin qiymətləndirilməsi zamanı Bakı-Sumqayıt yolunun 27-ci kilometrliyində neft kəmərində sızma baş verdiyi müəyyən olunub.

Hazırda neft sızması ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ərazidə növbə çəkir.

Loading

Next Post

Günün qoroskopu: Gəlirlər, dəyərli hədiyyələr istisna deyil

Qoç – gün pis olmasa da, yetərincə narahatdır. Qarşıya qoyulan məqsədlərə çatmaq, yolda yaranan maneə və sədləri dəf etmək asan deyil. Yardım üçün kimə müraciət edəcəyinizi bilmirsiniz. Belə vurnuxmalar, çaş-başlıq sizi narahat edir. Günün ikinci yarısında emosiyaların əsiri olmayın. Yaxın ətrafınızdakı insanlara meydan oxumayın, aqressiv davranmayın. Belə hərəkətlər yaxşı heç nə […]