Rəşad Nəbiyev “NVIDIA” şirkətinin vitse-prezidenti ilə görüşüb

Oxunma vaxtı:27 Saniyə

“ABŞ-yə səfər çərçivəsində “NVIDIA” şirkətinin qlobal süni intellekt təşəbbüsləri üzrə vitse-prezidenti Kalista Redmond ilə görüşdük”.

Bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” hesabında paylaşımında qeyd edib.

O, görüş zamanı Azərbaycan və “NVIDIA” arasında əməkdaşlıq çərçivəsində suveren milli süni intellekt platformalarının qurulması və yüksək hesablama gücünə əsaslanan dövlət xidmətlərinin modernizasiyası üzrə imkanları müzakirə etdiklərini bildirib:

“Həmçinin suveren süni intellekt ekosisteminin əsas elementləri və iştirakçıları, startapların inkişafı, süni intellekt üzrə kadr hazırlığı və “NVIDIA” texnologiyalarının strateji sahələrdə tətbiqi üzrə birgə təşəbbüslər barədə fikir mübadiləsi apardıq”.

Loading

Next Post

Ərdoğan: Aİ-yə üzvlük məsələsində Türkiyəni yubatma prosesi hələ də davam edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Avropa İttifaqına üzvlük prosesində üzləşdiyi maneələrdən danışıb. O bildirib ki, Türkiyə artıq 50 ildir bu prosesin tamamlanmasını gözləyir, lakin bu müddət ərzində müxtəlif bəhanələrlə davamlı şəkildə yubatmalarla qarşılaşıb. “50 ili geridə qoyduq. Təəssüf ki, bizi söz oyunları ilə məşğul etdilər və bu yubatma prosesi […]