Azərbaycandakı müharibə əlillərinin rəsmi sayı açıqlanıb

Oxunma vaxtı:32 Saniyə

2026-cı il aprel ayının 1-i vəziyyətinə görə, Azərbaycanda müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sayı 19 181 nəfər təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, müharibə əlillərinin 13 972 nəfəri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir. Onlar ayda təxminən 472 manat Prezident təqaüdü alırlar.

2 813 nəfər isə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərdir ki, ayda təxminən 475 manat Prezident təqaüdü alırlar.

Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərin sayı 2 396 nəfərdir ki, onlara da ayda 499 manat təqaüd ödənilir.

Loading

Next Post

Ukrayna Rusiyanın 16 vətəndaşına və 31 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib

Ukrayna Prezidenti Volodimir Zelenskinin imzaladığı iki fərmanla ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyaların Avropa İttifaqının (Aİ) qərarları ilə sinxronlaşdırılmasına dair qərarı qüvvəyə minib. Bu barədə dövlət başçısının mətbuat xidmətindən bildirib. “20-ci paket çərçivəsində Avropa İttifaqı sanksiyalarının sinxronlaşdırılması 120 şəxs və təşkilatı əhatə edir və Rusiya iqtisadiyyatının əsas sektorlarına yönəlmiş […]