Sabah 1 şəhər və 3 rayonda 73 mindən çox abonentin qazı olmayacaq

Oxunma vaxtı:27 Saniyə

Sabah İmişli, Saatlı, Sabirabad rayonlarının, həmçinin Şirvan şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, SOCAR-ın “Qaz İxrac” İdarəsi tərəfindən diametri 530/377/325 mm-lik “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz kəmərində korroziya olan hissələri təmir ediləcək.

Bu məqsədlə saat 09:00-dan etibarən işlər başa çatanadək İmişli və Saatlı rayonları tam olaraq (ümumi 46 071 abonent), Sabirabad rayonunun bir hissəsində (ümumi 26 672 abonent), həmçinin Şirvan şəhəri Bayramlı qəsəbəsində (ümumi 510 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Loading

Next Post

Sabah 23 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycanda fevralın 17-də havanın temperaturunun 23 dərəcəyədək artacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın […]