Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

DogruSozTv Az
Oxunma vaxtı:29 Saniyə

Naxçıvan şəhərinə, Ordubad və Culfa rayonlarına yeni təyin olunmuş icra hakimiyyəti başçıları kollektivlərə təqdim ediliblər.

“Report”un yerli bürosu xəbər verir ki, təqdimat mərasimlərində çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Prezident İlham Əliyevin yeni təyinatlarla bağlı sərəncamlarını elan edib, dövlət başçısının tapşırıq və tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb.

Ordubad rayon icra hakimiyyətinin başçısı Nurlan Hacıyev, Culfa rayon icra hakimiyyətinin başçısı Naim Cahidzadə və Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Anar Babayev çıxış edərək Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqları vaxtında və layiqincə yerinə yetirmək üçün bütün bilik və bacarıqlarını səfərbər edəcəklərini vurğulayıblar.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

İran Prezidenti Məsud Pezeşkian HƏMAS-ın Siyasi Bürosunun rəhbəri Xəlil əl-Hayya ilə telefon danışığında İranın Qəzzə zolağı üzrə davam edən danışıqlarda hərəkatın mövqeyini dəstəkləyəcəyini bildirib. Bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb. “İran Fələstin liderlərinin danışıqlar prosesinin gedişində qəbul edəcəyi bütün tədbirləri, təşəbbüsləri və qərarları dəstəkləyəcək”, – M.Pezeşkian bildirib. Ötən həftə […]