Rusiya XİN: İş adamlarımız Ermənistandakı layihələrin perspektivlərini ehtiyatla qiymətləndirirlər

Oxunma vaxtı:30 Saniyə

Rusiyadan olan iş adamları Samvel Karapetyanın həbsindən sonra Ermənistandakı layihələrinin perspektivlərini ehtiyatla qiymətləndirməyə başlayıblar.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin “RİA Novosti”yə deyib.

“Bildiririk ki, belə bir vəziyyətdə digər iş adamlarımız Ermənistandakı layihələrinin perspektivlərini ehtiyatla qiymətləndirməyə, ölkənin investisiya iqliminin dayanıqlığı barədə suallar verməyə başlayıblar ki, bu da ikitərəfli ticarətin artan dinamikasının qorunub saxlanmasına xidmət etmir”, – o bildirib.

Xatırladaq ki, “Taşir Kapital” şirkətinin sahibi Samvel Karapetyan Ermənistanda hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunaraq həbs edilib. Ermənistan Antikorrupsiya Məhkəməsi noyabrın 18-də onun həbs müddətini daha iki ay uzadıb.

Loading

Next Post

Amnistiya tətbiqi nəticəsində cəzası 6 ay azaldılacaq məhkumların dairəsi müəyyənləşib

Amnistiya tətbiqi nəticəsində cəzası 6 ay azaldılacaq məhkumların dairəsi məlun olub. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Prezident İlham Əliyevin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya élan edilməsi haqında parlamentin qərar layihəsində əksini tapıb. Layihəyə əsasən, aşağıdakı məhkumların cəzası […]