Amnistiya tətbiqi nəticəsində cəzası 6 ay azaldılacaq məhkumların dairəsi müəyyənləşib

Oxunma vaxtı:36 Saniyə

Amnistiya tətbiqi nəticəsində cəzası 6 ay azaldılacaq məhkumların dairəsi məlun olub.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Prezident İlham Əliyevin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya élan edilməsi haqında parlamentin qərar layihəsində əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı məhkumların cəzası 6 ay azaldılacaq:

– az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslər;

– ehtiyatsızlıqdan ağır cinayət törətdiklərinə görə təyin edilmiş 5 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olan şəxslər.

Bu halda “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” qanuna əsasən, barəsində amnistiya tətbiq edilməyənlər istisna olacaq.

Loading

Next Post

Penitensiar xidmətin Mühafizə alayında hərbi xidmətə qəbulla bağlı müsabiqə elan edilib

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayının tabor və bölüklərində, həmçinin qərargah və atıcı tağımında çavuş və gizir heyətinin hərbi xidmətə qəbulu ilə bağlı müsabiqə elan edilib. Nazirlikdən verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün çavuş və gizir heyəti üzrə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə cavab verən, azı tam orta təhsilli, […]