Azərbaycan telekanalları sabahdan yeni TV standartına keçir

Oxunma vaxtı:25 Saniyə

Bakı şəhəri və Abşeron yarımadası ərazisində ümumölkə yerüstü televiziya yayımçılarının proqramları martın 16-sı saat 01.00-dan etibarən HD yayımı test rejimində DVB-T2 standartına keçiriləcək.

Bu barədə Audiovizual Şurası məlumatı yayıb

Bildirilib ki, məqsəd dünya ölkələrində yerüstü televiziya yayımının yeni texnologiyalara inteqrasiyası və inkişaf tendensiyası nəzərə alınaraq ölkədə daha keyfiyyətli televiziya yayımının tətbiqidir.

Vurğulanıb ki, əhalinin açıq televiziya proqramlarına əlçatanlığının əhəmiyyətini nəzərə alaraq 48-ci TV yayım kanalı ilə aparılan açıq (ödənişsiz) rəqəmsal yerüstü SD yayımın DVB-T standartında qalması təmin olunacaq.

Loading

Next Post

Səfirlik Ermənistandakı Rusiya vətəndaşlarına səs vermək üçün avtobuslar ayırıb

Rusiyanın Ermənistandakı səfirliyi martın 17-də İrəvanda vətəndaşlarının prezident seçkilərində səs verməsi üçün ölkənin regionlarından gələn rusiyalılara avtobus səfərləri təşkil edəcək. Avtobusların gediş və gəliş cədvəli səfirliyin informasiya resurslarında paylaşılıb. Qeyd edək ki, Rusiyada prezident seçkiləri 15-17 mart tarixlərində baş tutacaq.(Sputnik Armenia)