Qurban bayramının namaz vaxtı AÇIQLANDI

Oxunma vaxtı:26 Saniyə

Qurban bayramının namaz vaxtı açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fətvasında deyilir ki, Şamaxı Astrofizika Rəsədxanasının 31/71 saylı 14 may 2025-ci il tarixli məktubuna əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zülhiccə ayının 10-na – Miladi təqvimlə 6 iyun tarixinə təsadüf edəcək.

“Şəriətə uyğun olaraq Qurban kəsimi 6 iyun tarixindən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 6-da məscidlərimizdə Bayram namazları qılınacaq. Аzərbаycаndа 6-7 iyun Qurbаn bаyrаmı günləri dövlət tərəfindən qeyri-iş günü elan edilib”, – fətvada bildirilir.

Loading

Next Post

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün kvota dolub

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayırıb. Bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri deyib. Onun sözlərinə görə, kvotadan əlavə 30-dan çox şəxs müraciət etsə də, say tamamlandığından onların müraciətləri qəbul edilməyib:  […]