Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün kvota dolub

Oxunma vaxtı:45 Saniyə

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayırıb.

Bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri deyib.

Onun sözlərinə görə, kvotadan əlavə 30-dan çox şəxs müraciət etsə də, say tamamlandığından onların müraciətləri qəbul edilməyib: 

“Builki zəvvarlar arasında cəmi 1 faiz təkrar gedənlərdir. Əksəriyyət isə yeni və gənc zəvvarlardır. Heyətlə həmçinin 12 nəfər inzibati heyət və həkim briqadası da nəzərdə tutulub”. 

Qeyd edək ki, Həcc ziyarətinə ilk qrup mayın 25-də yola düşəcək. Axırıncı qrup isə mayın 31-i üçün planlaşdırılır. Əsas Həcc ayinləri iyunun 4-də olacaq. Zəvvarlar gedən kimi ilk ayinlər – Ümreyi Təməttö yerinə yetiriləcək. Sonra isə iyunun 4-nə qədər müstəqil ibadətlər nəzərdə tutulub”.

Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir.

Azərbaycanda 6-7 iyun Qurban Bayramı günləri qeyri-iş günü elan edilib. 

Loading

Next Post

Azərbaycan-İran birgə təlimi başa çatdı - VİDEO

Azərbaycan və İran hərbi qulluqçularının iştirakı ilə keçirilən “Araz-2025” birgə təlimi uğurla yekunlaşıb.Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib. Plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı iştirakçılar yüksək döyüş hazırlığı […]