Qaradağda 3 fərqli yol sahəsində yeni avtomobil körpüləri tikilir

Oxunma vaxtı:38 Saniyə

Qaradağ rayonunda 3 fərqli yol sahəsində yeni avtomobil körpülərinin tikintisi davam etdirilir. Hər üç körpü bir aşırımlı olmaqla layihələndirilib.

Körpülərdən biri Bakı–Ələt–Qazax–Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrində, Qobustan qəsəbəsi ərazisində tikilir. Hazırda tikinti işləri yekun mərhələyə çatıb və körpünün asfalt-beton örtüyünün salınması üçün hazırlıq işləri aparılır.

Digər körpü Səngəçal–Çeyildağ avtomobil yolunun 13-cü kilometrində tikilir. Burada dayaqların inşası üçün svaylar vurulub, bünövrənin betonlanmasına hazırlıq işləri görülür.

Üçüncü körpü isə Lökbatan–Güzdək avtomobil yolunun 2,2-ci kilometrində tikilir. Hazırda birinci kənar dayağın inşası davam etdirilir, ikinci dayağın isə bünövrəsi artıq hazırdır.

Körpülərin tikintisi inşaat norma və qaydalarına uyğun şəkildə aparılır. Yeni körpülər istismara verildikdən sonra həmin yol sahələrində nəqliyyatın hərəkətinin daha rahat və təhlükəsiz təşkilinə xidmət edəcək.

Loading

Next Post

Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq

Toxumçuluq sahəsində fəaliyyət göstərən toxum əməliyyatçılarının qeydiyyatına və toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə yeni dövlət rüsumları olacaq. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının […]