Qaradağ İcra Hakimiyyətinin sabiq vəzifəli şəxslərinin həbs müddəti uzadılıb

Oxunma vaxtı:58 Saniyə

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərin həbs müddəti uzadılıb.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan icra başçısının müavini Nadir Muradov və Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovun həbs müddətinin uzadılması barədə təqdimatlara baxılıb. Binəqədi Rayon Məhkəməsi hər iki şəxsin həbs müddətinin mayın 30-nadək uzadılması barədə qərar verib.

Qeyd edək ki, Nadir Muradov və Zülfüqar Mansurovla yanaşı, rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev də saxlanılıb. Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib. Fevralda 21-də onun da həbs müddəti uzadılıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma — qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2-ci (rüşvət alma — təkrar törədildikdə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma — qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2-ci (rüşvət alma — təkrar törədildikdə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.​​​​

Loading

Next Post

Müşfiq Abbasov həbs edildi

Bakı Şəhər Prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Yasamal Rayon Məhkəməsi prokurorluğun müraciəti əsasında belə qərar qəbul edib. Qərara əsasən, M.Abbasova inzibati qaydada 15 sutka həbs verilib. O, internetdə yayılması qadağan edilən məlumatları paylaşmaqda təqsirli bilinib. Qeyd edək ki, M.Abbasov əvvəllər də rüşvət alma […]