Daha 117 ailə Ağdam şəhərinə yola salınıb

Hafiz Əliyev
Oxunma vaxtı:25 Saniyə

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ağdam şəhərinə 117 ailə – 362 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsfahanın nüvə obyektlərinə hücum edilməsi barədə xəbərləri təkzib edib. APA-nın Tehran bürosunun məlumatına görə, SEPAH-ın İsfahan vilayətinin İctimaiyyətlə Əlaqələr İdarəsi yaydığı bəyanatda vilayətdəki nüvə obyektlərinə hücum edilməsi barədə yayılan məlumatları təkzib edib. Bildirilib ki, sosial şəbəkələrdə yayılan bəzi yalan xəbərlərin əksinə olaraq, İsrail və […]