Bazar günü Bakıda 33 dərəcə isti olacaq

Oxunma vaxtı:37 Saniyə

Bakıda iyulun 19-da havanın 33 dərəcə isti olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.

Loading

Next Post

ANAMA kollektivi Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) kollektivi Agentliyin təsis edilməsinin 28-ci ildönümü ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.  Agentliyinin İdarə Heyəti və struktur bölmələrinin rəhbərləri Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib, məzarı önünə tər gül dəstələri qoyublar. Ziyarətçilər daha sonra görkəmli oftalmoloq alim, […]