Səhiyyə Nazirliyi internetdən alınan dərmanlarla bağlı əhaliyə çağırış edib

Oxunma vaxtı:34 Saniyə

“İnternet üzərindən alınan dərmanların mənşəyi məlum olmur. Bu məhsullar, əsasən, bioloji aktiv əlavələrdir və dünyanın heç bir ölkəsində rəsmi olaraq dərman kimi qəbul edilmir”.

Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Nahid Məhərrəmov deyib.

O bildirib ki, həkim məsləhəti olmadan hər hansı dərman və ya əlavə qəbul etmək düzgün deyil:

“Bu cür hallar bu gün kifayət qədər geniş yayılıb və ciddi narahatlıq doğurur. İnternetdən əldə edilən preparatlardan istifadə risklidir və sağlamlıq üçün təhlükə yarada bilər. İnsanlar bəzən “immuniteti gücləndirən” adı altında müxtəlif vasitələr alırlar. Halbuki hazırda dünyada immunitet sistemini birbaşa və möcüzəvi şəkildə “qaldıran” konkret dərman mövcud deyil. Bu səbəbdən bu məsələyə ciddi yanaşmaq və yalnız həkim tövsiyəsi əsasında müalicə vasitələri qəbul etmək vacibdir”.

Loading

Next Post

ABŞ-İran münasibətlərində həll yolu: diplomatiya, yoxsa hərbi aksiya - ŞƏRH

İranda iqtisadi, sosial məsələlərlə bağlı başlayan etiraz aksiyaları yatırılır. Aksiyalar əvvəlki gücünü saxlaya bilmir. Onlara qarşı güc tətbiqi nəticəsində yüzlərlə ölən və yaralananların olduğuna dair xəbərlər də yayılıb. Saxlanılan və həbs olunanlarla bağlı dəqiq məlumat yoxdur.İranda İnsan Hüquqları Müdafiəsi Təşkilatının (HRANA) yaydığı məlumata əsasən, etirazlar zamanı ən azı 2571 nəfər […]