ANAMA kollektivi Heydər Əliyevin məzarını ziyarət edib

Oxunma vaxtı:20 Saniyə

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) kollektivi Agentliyin təsis edilməsinin 28-ci ildönümü ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

 Agentliyinin İdarə Heyəti və struktur bölmələrinin rəhbərləri Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib, məzarı önünə tər gül dəstələri qoyublar.

Ziyarətçilər daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Loading

Next Post

FT: Zelenski Ukrayna ordusunun baş komandanı Sırskinin vəzifədən azad edilməsini nəzərdən keçirir

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin vəzifədən azad edilməsi ehtimalını nəzərdən keçirir. Bu barədə “Financial Times” Zelenskinin ofisindəki mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, bu həftəsonu Zelenski cəbhədəki vəziyyət barədə məlumat almaq üçün hərbi komandirlərlə görüşlər keçirəcək. O, həmçinin Ukrayna ordusunun baş komandanı vəzifəsinə potensial […]