Ağdərənin bəzi ərazilərində yeni yanğınlar başlayıb

Oxunma vaxtı:19 Saniyə

Ağdərə rayonunun bəzi ərazilərində yeni yanğınlar müşahidə edilir.

“Report”un Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, yanğın hadisəsi rayonun Sırxavənd kəndi ərazisində başlayıb. Kolluq ərazidə başlayan və qısa müddətdə yayılan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağdərə və Ağdam rayonunun yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub.

Hazırda yanğın davam edir.

Qeyd edək ki, rayonun Sırxavənd kəndi ərazisində bir müddət əvvəl də yanğın hadisəsi olmuşdu.

Loading

Next Post

Taekvondo üzrə uşaqlar arasında Azərbaycan birinciliyi keçiriləcək

Taekvondo üzrə uşaqlar arasında Azərbaycan birinciliyi keçiriləcək. Bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib. Yarış sentyabrın 4-5-də Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda baş tutacaq. Turnirdə 2014, 2015 və 2016-cı illər təvəllüdlü oğlan və qızlar aşağıdakı çəki kateqoriyaları üzrə medallar uğrunda mübarizə aparacaqlar.