Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

DogruSozTv Az
Oxunma vaxtı:25 Saniyə

Payız-qış mövsümünə hazırlıq tədbirləri ilə əlaqədar Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasından çıxan 10 kV-luq 4 saylı şəhər xəttində 12 sentyabrda təmir işləri aparılacaq.

Bu barədə “Azərişıq” məlumat yayıb.

Bununla əlaqədar olaraq saat 09:30-dan 16:00-dək şəhər ərazisində 20 Yanvar, İsi Səmədzadə, Üzeyir Hacıbəyov, Şirəli Axundov, Kələntərlilər, Fikrət Məmmədov, Müzəffər Nəsirli küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin küçələr keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Loading

Next Post

Azərbaycan neftinin qiyməti 68 dollara düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,90 ABŞ dolları, yaxud 1,30 % azalaraq 68,12 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 66,30 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]