Sabah Ağdaşın bir hissəsində qaz olmayacaq

Oxunma vaxtı:29 Saniyə

Sabah Ağdaş rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Şəmsabad” qazpayıcı stansiyasında mövcud qaz tənzimləyici qurğunun baypas xətti üzərində yeni tənzimləyici qurğunun quraşdırılması ilə bağlı yanvarın 16-da saat 10:00-dan etibarən işlər başa çatanadək “Şəmsabad 2-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Ağdaş rayonunun bir hissəsinin (Ağdaş şəhərinin bir hissəsi, rayonun 19 yaşayış məntəqəsi, 6 qeyri-yaşayış) qaz təchizatının dayandırılması işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

Loading

Next Post

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin vəzifələri və hüquqları açıqlanıb

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) 54 vəzifəsi və 14 hüququ olacaq. Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi qurumun Nizamnaməsində öz əksini tapıb. Sənədə əsasən, AZCON-un vəzifələri aşağıdakılardır: – müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; – dövlət müəssisələrinin səhmlərini […]