Bakıda yanğın təhlükəli restoranın fəaliyyəti dayandırılıb

Oxunma vaxtı:21 Saniyə

Bakı şəhəri, Binəqədi rayonu, Əlişir Nəvai küçəsi, ev 33 ünvanında yerləşən “Yuxa” restoranının fəaliyyəti dayandırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bilidirlib ki, restoranda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Qeyd olunanları nəzərə alaraq sözügedən restoranının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Loading

Next Post

Azərbaycan İtaliya və Sloveniyanın "Black Sea Energy" layihəsinə qoşulacağına ümid edir

Azərbaycan İtaliya və Sloveniyanın “Yaşıl Enerji Dəhlizi” layihəsinə (“Black Sea Energy”) qoşulacağına ümid edir. Bunu Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov Romada keçirilən “Qafqazdan Aralıq dənizinə” adlı konfransda bildirib. “Bu gün Azərbaycan əməkdaşlıq üçün getdikcə daha cəlbedici ölkəyə çevrilir. Əgər xəritəyə nəzər salsaq, görərik ki, Avropanın Asiya, Çin və Mərkəzi Asiya […]