Prezidentlə xanımı “Ana harayı” abidəsində

Oxunma vaxtı:20 Saniyə

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 33-cü ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.

Dövlətimizin başçısı Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.

Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstəsi qoyub, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Loading

Next Post

DİM-dən abituriyentlərə müraciət: qeydiyyat başa çatır

Dövlət İmtahan Mərkəzi (DİM) martın 16-da I, II, III və IV ixtisas qrupları üzrə sınaq imtahanı keçirəcək. DİM-dən bildirilib ki, bu imtahan ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsi üzrə keçiriləcək yeganə sınaq imtahanıdır. İmtahanın məzmunu və təşkilati forması qəbul imtahanlarının modelinə tam uyğundur. İmtahana qeydiyyat bu gün saat 23:59-dək […]