Metroda qırmızı xətt üzrə minimal interval təmin olunacaq

Oxunma vaxtı:42 Saniyə

“Bakı metropoliteni” QSC-də görüləcək mürəkkəb və kompleks tədbirlərin tərkib hissəsinə xətlərin fəaliyyətini və idarəetməsini təmin edən əsas infrastruktur layihələrinin həlli daxildir.

“Bakı metropoliteni” QSC yaydığı məlumatda qatarlara qulluq, xidmət, təmir, tunel, yol hərəkəti və digər mühüm sahələrin işinin təşkili, texniki məsələlərin həlli baxımından hər xəttin özünün deposu olmasının vacibliyi qeyd olunub.

Məlumata görə, xətlər ayrıldıqdan sonra Qırmızı xətt üzrə ən minimal intervallar təmin olunacaq, həm də qatarların sayının artırılması lazım gələcək.

“Hərəkətin intensivliyi enerji tələbatını da artıracaq. Qatarların yenilənməsi prosesi innovasiyalar baxımından sonuncu nəsil vaqonları ilə aparılır. Yeni nəsil qatarların elektrik güc tələbatı isə əvvəlki nəsil analoqlarından 1,5 dəfədən çoxdur. Qeyd edilənlər elektrik enerjisinin fasiləsizliyini, etibarlığını və elektrik təchizatı məsələlərinə yeni yanaşmanı aktuallaşdırır. Buna görə də Qırmızı xəttin 1967-ci ildən fəaliyyət göstərən 1 saylı dartı elektrik yarımstansiyasının tamamilə yenidən qurulması da zəruri və qaçılmazdır”, – deyə məlumatda bildirilir.

Loading

Next Post

Nazir onlara vəzifə verdi

Mədəniyyət Nazirliyində yeni təyinatlar olub. Mədəniyyət naziri Adil Kərimlinin əmrinə əsasən, Aydın Bəşir oğlu Bəşirov Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsindən azad edilib. O, Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib. Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Kürdəmir rayonu üzrə nümayəndəsi Namiq Tarverdiyev isə bu idarənin rəisi təyin olunub. Qeyd […]