Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

DogruSozTv Az
Oxunma vaxtı:24 Saniyə

Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərində təbii qazın verilişində fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, qeyri-yaşayış sahəsinə məxsus qaz xəttinin “Hacı Seyfəl” orta təzyiqli qaz kəmərinə qoşulması ilə bağlı sentyabrın 24-də saat 10:00-dan işlər başa çatanadək adıçəkilən qaz kəmərində qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonunun Maştağa qəsəbəsinin bir hissəsinə, Ləhic bağları və Maştağa-Nardaran massivi adlanan ərazilərə təbii qazın verilişində fasilə yaranacaq.

Loading

Next Post

Azərbaycanın beynəlxalq dərəcəli şahmat hakimi vəfat edib

Azərbaycanın beynəlxalq dərəcəli şahmat hakimi Qüdrət İsmayılov vəfat edib. Bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, Q.İsmayılov uzun illər Quba şahmat məktəbinə rəhbərlik edib, bu idman növünün inkişafı naminə müxtəlif layihələr reallaşdırıb.