Ukrayna Kurska ən güclü briqadasını göndərdi – Təcili

Oxunma vaxtı:42 Saniyə

Ukraynanın ən yaxşı təchiz edilmiş və ən sürətli briqadalarından olan 80-ci Hava Hücum Briqadası Kursk vilayətində döyüşlərə qatılıb.

Bu barədə “Forbes” məlumat yayıb.

Məlumata görə, sosial şəbəkələrdə yayılan videoda T-64BV və ya T-80BV tankı, UR-77 mühəndis maşını, həmçinin PDM (BTR-80) və Amerika istehsalı “Stryker” təkərli transportyorları Ukrayna minaatan briqadasının yanından keçir:

“Kontekstdən aydın olur ki, video Ukraynanın Rusiya mövqelərinə qarşı ciddi hücumunun ilk anlarını əks etdirir. Keçmiş sovet və keçmiş Amerika maşınlarının belə kombinasiyası yalnız 80-ci Hava Hücum Briqadasında mövcuddur. Ən yaxşı Ukrayna briqadalarından biri olan 80-ci Hava Hücumu Briqadasının iştirakı Kursk bölgəsini ələ keçirmək əməliyyatının miqyasını göstərir”.

Nəşr bildirib ki, Ukraynanın hazırkı əməliyyatı digərlərindən fərqlidir:

“Burda hər birində 2000-ə qədər əsgərdən ibarət ən azı üç briqada iştirak edir: 22-ci və 88-ci mexanikləşdirilmiş briqadalar və 80-ci Hava Hücumu Briqadası”.

Loading

Next Post

Prezident Astanada mühüm görüşdə iştirak edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının Qazaxıstanın paytaxtı Astanada keçirilən görüşündə iştirak edir. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.