UEFA Çempionlar Liqası: Pley-off mərhələsində daha 4 oyun baş tutacaq

Oxunma vaxtı:35 Saniyə

UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün daha 4 oyun baş tutacaq.

Günün maraqlı qarşılaşmalarından biri İspaniyada keçiriləcək.

“Real” evdə “Mançester Siti” ilə görüşəcək.

“Borussiya” doğma meydanda “Sportinq”i, PSJ isə Liqa 1-in digər təmsilçisi “Brest”i qəbul edəcək. “Yuventus” səfərdə PSV-nin qonağı olacaq.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

19 fevral

21:45. “Borussiya” (Almaniya, Dortmund) – “Sportinq” (Portuqaliya)

İlk oyun – 3:0

00:00. PSJ (Fransa) – Brest (Fransa)

İlk oyun – 3:0

00:00. “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə)

İlk oyun – 3:2

00:00. PSV (Niderland) – “Yuventus” (İtaliya)

İlk oyun – 1:2

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi fevralın 21-də keçiriləcək.

Loading

Next Post

Füzulidə avtomobil traktorla toqquşub, iki yaşlı uşaq ölüb

Füzulidə traktor minik avtomobili ilə toqquşub. Hadisə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli rayonu, Alıxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1997-ci il təvəllüdlü Məmmədov Xəyyam İlham oğlu idarə etdiyi “Mercedes Benz” markalı avtomobili ilə 1997-ci il təvəllüdlü Məhərrəmov Əmrah İbrahim oğlunun “Belarus 892” markalı traktorla toqquşub. Nəticədə Xəyyam Məmmədovun avtomobilində olan […]