“Qarabağ”ın ikinci mərhələdəki potensial rəqibləri müəyyənləşdi

alfonsonri
Oxunma vaxtı:39 Saniyə

Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ”ın yarışın ikinci təsnifat mərhələsindəki 3 potensial rəqibi bəlli olub.
Bu gün keçiriləcək püşkatma mərasimində Ağdam təmsilçisi, birinci mərhələdə olduğu kimi “səpələnmişlər” səbətində yer alacaq. Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
“Qarabağ”ın ikinci mərhələyə adlayacağı halda qarşılaşacağı 3 potensial rəqib: 
“Slovan” (Bratislava, Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi
“Şkupi” (Şimali Makedoniya) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi
“Sürix” (İsveçrə)
Qeyd edək ki,ikinci təsnifat mərhələsinin oyunları iyulun 19-20-də və 26-27-də keçiriləcək.
“Lex” (Polşa) –  “Qarabağ”  cütünün məğlubu Konfrans Liqasının II təsnifat mərhələsində bu komandalardan biri ilə qarşılaşacaq:
“Zrinski” (Bosniya və Herseqovina) – “Şerif” (Moldova) cütünün məğlubu
“Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün məğlubu
“Düdelanj” (Lüksemburq) – “Tirana” (Albaniya) cütünün məğlubu
“Şemrok Rovers” (İrlandiya) – “Hibernians” (Malta) cütünün məğlubu
“Levadiya” (Estoniya) – “Vikinqur” (İslandiya) cütünün məğlubu

Loading

Next Post

Şuşa Bəyannaməsinin imzalanmasından bir il ötür - GÜVƏN TARİXİMİZ

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanmasının ildönümüdür.Bu gün Bəyannamənin imzalanmasından bir il ötür. Şuşa Bəyannaməsi 2021-ci ilin iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa […]