Premyer Liqa: “Kəpəz” “İmişli”ni, “Turan Tovuz” “Karvan-Yevlax”ı sınağa çəkəcək

Oxunma vaxtı:52 Saniyə

Misli Premyer Liqasında XIX turun daha iki oyunu bu gün keçiriləcək.

Günün ilk matçında “Kəpəz” “İmişli”nin qonağı olacaq.

Qarşılaşma Quba Olimpiya İdman Kompleksinin stadionunda, saat 14:30-da start götürəcək. “İmişli” 18 xalla 9-cu, Gəncə klubu 12 xalla 11-ci pillədə qərarlaşıb.

Günün ikinci oyununda “Turan Tovuz” autsayder “Karvan-Yevlax”ı sınağa çəkəcək. Bu görüş saat 18:30-da başlayacaq. Ehtiyatda daha bir matçı olan Tovuz təmsilçisi 30 xalla 4-cü, “Karvan-Yevlax” 6 xalla 12-cidir.

Misli Premyer Liqası

II dövrə, XIX tur

14:30. “İmişli” – “Kəpəz”

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov.

VAR: Elçin Məsiyev.

AVAR: Elşad Abdullayev.

Hakim-inspektor: İmanxan Sulatni.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Quba Olimpiya İdman Kompleksinin stadionu

18:30. “Turan Tovuz” – “Karvan-Yevlax”

Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Zöhrab Abbasov, Murad Səlimov.

VAR: Nicat İsmayıllı.

AVAR: Pərvin Talıbov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

“Azərsun Arena”

Qeyd edək ki, tura fevralın 10-da yekun vurulacaq. Ötən gün “Sabah” “Araz-Naxçıvan”ı (4:1), “Zirə” “Sumqayıt”ı (3:2) məğlub edib.

Loading

Next Post

5 BÜRC nəhayət ikinci yarısı ilə qarşılaşacaq

Həyatımızın sevgisi nadir hallarda ən çox axtardığımız zaman gəlir. Bu, özümüzdən “Bu sevgiyə layiqikmi?” sualını verməyi dayandırdığımız zaman ortaya çıxır.Astroloqlar beş bürcün əsl sevgisini 2026-cı ildə tapacağını proqnozlaşdırırlar. Buğa Buğa üçün hər şey yazda başlayır – aprel ilə yayın əvvəlləri arasında, günlər uzananda və daha yumşaq işıq sizi istiliyi ilə […]