Xırdalan və Masazırın bəzi hissəsində qaz olmayacaq

Oxunma vaxtı:26 Saniyə

Xırdalan şəhərinin və Masazır qəsəbəsinin bəzi hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” məlumat yayıb.,

SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Masazır yüksək təzyiqli” QPS-də təmir işləri görüləcək. Bu səbəbdən iyulun 26-sı saat 10:00-dan “Masazır” QPS-dən qidalanan “Masazır Qəsəbəsi(Masazır QPS)”, “Duz Zavodu(Masazır QPS)” və “Azpetrol LTD” MMC-yə məxsus ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir müddətində Abşeron rayonunun Masazır qəsəbəsi, yeni yaşayış massivi və Xırdalan şəhəri, AAF Park Yaşayış kompleksinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Loading

Next Post

Pensiya alanların nəzərinə!

Dövlət Sosial Müdafiə Fondu (DSMF) iyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödəyib.Bu barədə DSMF-dən məlumat yayıb. Qeyd olunub ki, bundan əvvəl, iyulun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, iyulun 17-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyul ayının pensiyaları ödənilib. Beləliklə, […]