Azərbaycan üçün qəbulolunan hər bir nəticə Türkiyə üçün də qəbulolunandır – Çavuşoğlu

Oxunma vaxtı:34 Saniyə

Azərbaycan üçün qəbulolunan hər bir nəticə Türkiyə üçün də qəbulolunandır.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı bəyanatla atəşkəsin bərpa olunduğunu xatırladan nazir bu sənədi dəstəklədiklərini deyib:

“Birincisi, Azərbaycanın haqlı olması və ərazi bütövlüyü bu razılaşma ilə bir daha təsdiqləndi. İkincisi, Azərbaycan təxminən 30 ildir ki, işğal altında olan torpaqları azad etməyə çalışırdı. Torpaqların bir hissəsi əks-həmlə ilə azad edilib, qalanları isə danışıqlar nəticəsində qayıdır. Üçüncüsü, işğal altında qalmış torpaqlardan qaçqın düşmüş azərbaycanlı qardaşlarımız evlərinə qayıdacaq. Dördüncüsü də Naxçıvanla Azərbaycan arasında əlaqə yaradılacaq. Biz də Azərbaycanın tələbi ilə bu atəşkəsin icrasına nəzarət üçün meydanda olacağıq”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Dağlıq Qarabağla bağlı bütün öhdəliklər icra olunur - Lavrov

Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı atəşkəslə bağlı bütün öhdəliklər icra olunur. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatın həyatqabiliyyətliliyi hər gün təsdiq olunur: “Rusiyalı sülhməramlılar ən qısa müddətdə müvafiq əməliyyatların icrasına başladılar və həm erməni, […]