Litva Azərbaycanı Avropa-Çin marşrutu üzrə yükdaşımalar sahəsində tərəfdaşlığa dəvət edir

Oxunma vaxtı:46 Saniyə

Litva Azərbaycana Avropa-Çin marşrutu üzrə yükdaşımalarda tərəfdaşlıq barədə məsələni nəzərdən keçirməyi təklif edir.

Doğrusöztv.Az bildirir ki, bu barədə Trend-ə Litvanın Nəqliyyat və Rabitə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Litva-Azərbaycan əməkdaşlığının vacib məqamı Azərbaycanın Baltik, Qara, Aralıq və Xəzər dənizlərinin konteyner xətlərini birləşdirən “Vikinq qatarı” beynəlxalq layihəsinə qoşulmasıdır:

“Bundan başqa, Litva Azərbaycana TRACECA Avrasiya nəqliyyat multimodal dəhlizi ilə (Dostık limanı – Aktau – Bakı (Ələt) – Gürcüstan limanları, daha sonra dənizlə Türkiyə və Ukrayna limanları və ya quru ilə Gürcüstan və Türkiyə) Litva istiqamətində “Vikinq” qatarı ilə, daha sonra Klaypeda limanı vasitəsi ilə Qərbi və Şərqi Avropaya getməklə Avropa-Çin marşrutu üzrə yükdaşımalarda tərəfdaşıq məsələsini nəzərdən keçirməyi təklif edir”.

Nazirlikdən bildiriblər ki, ölkələrimiz avtomobil və yükdaşımaları sahəsində əməkdaşlığı genişləndirmək və Azərbaycanla Litva hökumətləri arasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində əməkdaşlıq barədə saziş imzalamaq niyyətindədir:

“Həmçinin, ölkəmiz Azərbaycan hökuməti ilə Litva hökuməti arasında dəniz daşımaları haqqında sazişin layihəsinin razılaşdırılması prosesini davam etdirir”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edib. Dogrusöztv.Az bildirir ki, bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.