Paytaxtda sıxlıq olan yolların SİYAHISI

alfonsonri
Oxunma vaxtı:39 Saniyə

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyəti açıqlayıb.

Mərkəzdən verilən məlumata görə, Bakıda sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:

1. Heydər Əliyev prospekti Bakı Olimpiya Stadionunun qarşısından başlayaraq “Asan xidmət”in qarşısına qədər;

2. Bakı-Sumqayıt şosesi “Masazır” dairəsindən başlayaraq “20 Yanvar” dairəsinə qədər Moskva prospekti də daxil olmaqla;

3. Tbilisi prospekti Moskva prospekti ilə kəsişmədən başlayaraq “Çıraq Plaza”nın qarşısına qədər;

4. Koroğlu Rəhimov küçəsi F.Xoyski küçəsi ilə kəsişmədən başlayaraq Xətai prospekti ilə kəsişməyə qədər;

5. Üzeyir Hacıbəyli küçəsi Yusif Səfərov küçəsi ilə kəsişmədən başlayaraq Azadlıq prospekti ilə kəsişməyə qədər;

6. Ziya Bünyadov prospekti Poladəritmə zavodunun qarşısından başlayaraq “20 Yanvar” dairəsi istiqamətdə Atatürk prospekti ilə kəsişməyə qədər;

7. Babək prospekti Xəqani Rüstəmov küçəsi ilə kəsişmədən başlayaraq Yusif Səfərov küçəsi ilə kəsişməyə qədər.

Loading

Next Post

Bakıda iş adamı başqasını xilas edərkən öldü

Dünən Bakıdakı çimərliklərdən birində ölüm hadisəsi baş verib.Sabunçu rayonu, Pirşağı qəsəbəsi yaxınlığındakı çimərlikdə 1993-cü il təvəllüdlü Zülfüqarov Vüqar Hafiz oğlu boğularaq ölüb.FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən onun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.Bildirilir ki, V.Zülfüqarov iş adamı olub və özünün açdığı sürücülük kursuna […]