Bakıda iş adamı başqasını xilas edərkən öldü

alfonsonri
Oxunma vaxtı:32 Saniyə

Dünən Bakıdakı çimərliklərdən birində ölüm hadisəsi baş verib.
Sabunçu rayonu, Pirşağı qəsəbəsi yaxınlığındakı çimərlikdə 1993-cü il təvəllüdlü Zülfüqarov Vüqar Hafiz oğlu boğularaq ölüb.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən onun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bildirilir ki, V.Zülfüqarov iş adamı olub və özünün açdığı sürücülük kursuna rəhbərlik edib. O, ötən gün ailə üzvləri ilə birlikdə çimərlikdə istirahət edərkən dənizdə bir nəfərin boğulduğunu görərək həmin şəxsə kömək etməyə çalışıb. Bu zaman boğulmaqda olan şəxs xilas olsa da, 29 yaşlı Vüqar boğulub.
Əslən Salyanın Şorsulu kəndindən olan iş adamı bu gün doğulduğu rayonda dəfn ediləcək.
“Qafqazinfo”

Loading

Next Post

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. Dogrusoztv.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, polis baş leytenantı Kamil Abdullayev Gəncə şəhər Baş Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı vəzifəsindən azad olunaraq həmin Baş İdarənin 2-ci Polis Şöbəsinin Xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunub (apa.az).