Oğurlanmış “WhatsApp” hesabını necə qaytarmaq olar?

alfonsonri
Oxunma vaxtı:45 Saniyə

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizik Xidməti “WhatsApp” təsdiqləmə kodunu heç kəslə paylaşmamağınızı tövsiyə edir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Məlumata görə, “WhatsApp” təsdiqləmə kodunuz ələ keçirilibsə və hesabınızda giriş edə bilmirsinizsə, hesaba girişi bərpa etmək üçün bu addımları izləyin:

1) İlk növbədə hesabın sizdə olmadığı barədə yaxın dost və tanışlarınıza məlumat verin;

2) Daha sonra “WhatsApp” hesabınıza giriş etmək üçün mobil nömrənizi daxil edin;

3) Mobil nömrənizə gələn təsdiqləmə kodunu müvafiq xanaya daxil edin;

4) 6 rəqəmli kodu daxil etdikdə hesabınızın ələ keçirildiyi cihazdan avtomatik çıxış olunacaq;

5) Sizdən ikimərhələli təsdiqləmə kodu daxil etməyiniz tələb olunur;

6) Əgər kodu bilmirsinizsə və yaxud həmin kod hesabınızı ələ keçirən şəxs tərəfindən təyin olunubsa, hesabınıza girişin bərpası üçün 7 gün gözləməlisiniz;

7) 7 gündən sonra kod tələb olunmadan hesabınıza giriş etməyiniz mümkün olmuyacaq;

8) Hesabınızda ikimərhələli tanınma funksiyasını mütləq aktivləşdirin.

Loading

Next Post

“Kılıçdaroğlu pulunu verib TOGG alsın”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yerli mediasına müsahibə verib. Ərdoğan jurnalistlərin “CHP sədri Kamal Kılıçdaroğluna TOGG avtomobili hədiyyə etməyi düşünürsünüz?” sualına maraqlı cavab verib. O, Kılıçdaroğluna ölkənin ilk yerli elektrik avtomobili olan TOGG-un hədiyyə edilməyəcəyini bildirib: “Cənab Kamalı TOGG-a dəvət etdik. Sənaye nazirimiz sizə fabriki göstərsin dedik. Amma o […]