“Kılıçdaroğlu pulunu verib TOGG alsın”

alfonsonri
Oxunma vaxtı:30 Saniyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yerli mediasına müsahibə verib.

Ərdoğan jurnalistlərin “CHP sədri Kamal Kılıçdaroğluna TOGG avtomobili hədiyyə etməyi düşünürsünüz?” sualına maraqlı cavab verib.

O, Kılıçdaroğluna ölkənin ilk yerli elektrik avtomobili olan TOGG-un hədiyyə edilməyəcəyini bildirib:

“Cənab Kamalı TOGG-a dəvət etdik. Sənaye nazirimiz sizə fabriki göstərsin dedik. Amma o gəlmədi. Fabrikin yerini bilmir. İstehsala inanmır. Hər kəs növbə gözləyir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avtomobilin rəngini belə özü seçib. İlham Əliyev qardaşım da “Anadolu qırmızısı”nı seçdi. Kılıçdaroğlu pulunu ödəyib alar. Nə də olsa, pulu var. Biz necə ödənişi edib almışıqsa, o da alsın”, – deyə Ərdoğan qeyd edib.

Loading

Next Post

3 saylı uşaq evinin direktoru Məhbubə Hüseynova işdən çıxarıldı

Xətai rayonu 3 nömrəli Uşaq evinin direktoru Məhbubə Hüseynova işdən çıxarılıb. Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbərinin və məsul əməkdaşlarının uşaq evinin kollektivi ilə bu gün keçirilən görüş zamanı sözügedən vəzifəyə Gülnarə Şəmiyeva təyin edilib. Həmçinin son vaxtlarda uşaq evində baş verən hadisələrlə əlaqədar yaradılan komissiya tərəfindən göstərilən iradların […]