Goranboyda polis faciəvi şəkildə öldü

alfonsonri
Oxunma vaxtı:30 Saniyə

Goranboy rayonunda polis yol qəzasında dünyasını dəyişib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Zeyvə kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.

Dərhal Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Rəşad Məhərrəmov idarə etdiyi “Opel” markalı avtomobil ilə idarə etməni itirib və nəticədə avtomobil aşıb.

Qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb, sərnişin – Goranboy Rayon Polis Şöbəsinin əməkdaşı, polis baş serjantı, 1996-cı il təvəllüdlü Yusif İbrahimli isə ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Loading

Next Post

Milli Məclisin gündəliyi dəyişdi

Milli Məclisin bugünkü iclasının gündəliyinə dəyişiklik edilib. Gündəliyə Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı əlavə olunub. Bununla da gündəlikdəki məsələlərin sayı 20-yə çatıb. *** Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək. İlasın gündəliyinə 19 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley […]