Makron: HƏMAS-ın girov saxladığı iki Fransa vətəndaşının azad edilməsini gözləyirik

Oxunma vaxtı:24 Saniyə

İsraillə Fələstinin HƏMAS arasında əldə edilmiş razılaşmaya əsasən hərəkatın azad etməli olduğu 33 girov arasında iki Fransa vətəndaşı var.

Bu barədə Fransa prezidenti Emmanuel Makron sosial şəbəkə hesabında yazıb.

“Həmvətənlərimiz Ofer Kalderon və Ohad Yahalomi Qəzza üzrə razılaşmanın birinci mərhələsində azad edilməli olan 33 girovun siyahısına daxildir. Onların ailələrinə qovuşması üçün əlimizdən gələni edəcəyik”, – o qeyd edib.

Qeyd edək ki, İsrail hakimiyyəti HƏMAS ilə razılaşmanın birinci mərhələsi çərçivəsində Qəzza zolağından 33 girovun azad edilməsinin planlaşdırılması barədə onların ailələrinə məlumat verib.

Loading

Next Post

Növbəti köç karvanı Cəbrayıla yola düşüb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı bu gün Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Cəbrayıl şəhərinə daha 42 […]