Nazir: Ağdamda keçirilən beynəlxalq tədbirdə gənclərin fəaliyyət planı hazırlanacaq

Oxunma vaxtı:21 Saniyə

Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Gənclər Forumu çərçivəsində gənclərin fəaliyyət planı hazırlanacaq.

Bunu gənclər və idman naziri Fərid Qayıbov Ağdamda keçirilən beynəlxalq tədbirdə deyib.

Onun sözlərinə görə, Ağdamda ECO Gənclər Forumu ilk dəfədir keçirilir:

“Bu, tarixi hadisədir. Azərbaycanda uğurlu gənclər siyasəti aparılır. Ölkədə xeyli sayda gənclər təşkilatları var. Bundan başqa, ölkəmizdə xeyli sayda tədbirlər keçirilir. İşğaldan azad edilmiş ərazilər dirçəlir. Gənclər isə hər zaman işlərin əsas aparıcı qüvvəsi olub”.

Loading

Next Post

Ziyəddin Səfərovun qabırğalarından birini tapa bilmədik - Ekspertiza rəyi

Ziyəddin Səfərovun ölümünə səbəb kimi ürəktutma yazmışdılar. Meyiti orada məhkəmə-tibb eksperti müayinə edib. Çox maraqlıdır ki, bu cür ölümə həmin səbəbi göstərəndə o ekspert nə fikirləşib? Bunu Yekaterinburqda qətlə yetirilən qardaşların meyitlərinin Azərbaycanda yenidən keçirilən ekspertizasının nəticəsini açıqlayarkən Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət […]