Şəhriyar Məmmədyarov yeni yarışa başlayır

alfonsonri
Oxunma vaxtı:25 Saniyə

Bu gün Norveçin Stavanger şəhərində “Norway Chess” çərçivəsində blits turniri keçiriləcək.

Yarışda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da mübarizə aparacaqlar.

Onların rəqibləri yerli dünya çempionu Maqnus Karlsen, macarıstanlı Rixard Rapport, ABŞ-ı təmsil edən Uesli So, niderlandlı Aniş Giri, hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşye-Laqrav, bolqarıstanlı Veselin Topalov və çinli Van Hao olacaq.

Dairəvi sistemlə təşkil olunan bir günlük turnirin nəticələri “Norway Chess”də start nömrələrini müəyyənləşdirəcək.

Qeyd edək ki, “Norway Chess” turniri 31 may – 10 iyun tarixlərində gerçəkləşəcək.

Loading

Next Post

Ukraynada itkin düşən Ağayevlər ailəsinin üzvlərinin meyitləri tapılıb - VİDEO

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynanın Kiyev şəhərindən son məlumatları çatdırıb. O bildirib ki, iki gündür ki, Kiyevdə həyəcan siqnallarının ardı-arası kəsilmir. “Nəticə etibarı ilə heç bir partlayış və hücum müşahidə edilməsə də, son iki gündə gecələr hər iki saatdan bir, gündüzlər isə […]