Rusiya ixraca qadağa qoydu: benzin bahalaşacaq?

Oxunma vaxtı:36 Saniyə

Rusiyadan əsas aldığımız “Premium” markalı benzindir. Ona görə də hazırkı qadağanın Azərbaycana ciddi təsir edəcəyini düşünmürəm.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Rusiyanın martın 1-dən benzin ixracına qadağa qoymasının Azərbaycanda yanacağın qiymətinə təsiri ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Rusiyanın yanacaq ixracatına qadağa qoyması birinci dəfə deyil:

“Bundan öncə də bənzər addımlar atılıb. Amma bəzi ölkələrə kvotalarla ixracın həyata keçirilməsinə icazə verilirdi. Tam qadağa deyil. Azərbaycan əvvəllər o kvotalardan istifadə edib”.

Ekspert bildirib ki, Azərbaycanda yanacağın qiymətinin tənzimlənməsi Rusiya amilindən asılı deyil:

“Birincisi, neftayırama zavodundakı təmirin böyük hissəsi başa çatıb. İkincisi isə Azərbaycanda Aİ-95 və Aİ-98 markalı benzindən başqa, digərləri dövlət tərəfindən tənzimlənir, dünya bazarı ilə birbaşa əlaqəli deyil. Hansısa bir dəyişiklik olacağını düşünmürəm”.( Axar)

Loading

Next Post

Ən çox sözə sahib olan dillər - Türkcə 20-ci yerdədir...

Dünya əhalisi müxtəlif dillərdə danışaraq bir-biri ilə ünsiyyət qurur. Hansı dilin daha zəngin, daha güclü dil olması hər zaman müzakirə mövzusu olub. Burada müxtəlif kriteriyalar nəzərdən keçirilə bilər. Məsələn, dilin əhatə etdiyi coğrafiyanın genişliyi, bu dildə danışan insanların sayı, dilin neçə ölkədə rəsmi statusa malik olması və s. Başqa kriteriya […]