Türkiyə Qarabağın işğalının sona çatmasına öz töhfəsini verib – Ərdoğan

Oxunma vaxtı:29 Saniyə

Türkiyə 30 il Dağlıq Qarabağın göz yumulan işğalının sona çatmasına öz töhfəsini verib.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə parlamentində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə Şərqi Aralıq regionundan Liviyaya, Suriyadan Dağlıq Qarabağadək olan regionda son dərəcə çətin məsələlərlə üzləşib:

“Amma terrorla mübarizə aparmağa, onu əzməyə davam edəcəyik. NATO-da da terrorçularla üz-üzə mübarizə aparan tək ölkə Türkiyədir. Liviyada qanuni hökumətə dəstək verərək demokratiyanı xilas edən Türkiyə olub. Somalinin yenidən sabitliyə nail olmasında imkan yaratmışıq. Qarabağda 30 il göz yumulan işğal və soyğun rejiminin sona çatmasında töhfəmizi vermişik”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev: 44 gün ərzində bir gün də olmayıb ki, biz geri çəkilək

44 gün ərzində bir gün də olmayıb ki, biz geri çəkilək. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş Qubadlı və Zəngilana səfəri zamanı çıxışında deyib. Dövlət başçısı bildirib: “Biz çalışırdıq, öz taktikamızı elə quraq ki, itkilər az olsun. Eyni zamanda, bizim taktikamızda […]