Ermənilər Azərbaycan Ordusunun mövqelərini minaatanlardan atəşə tutublar – RƏSMİ

Oxunma vaxtı:16 Saniyə

İyunun 15-i saat 11:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz istiqamətdə yerləşən mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan atəşə tutub.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

"Ermənistanla bu zaman münasibətlərimizi bərpa edə bilərik" - Pakistan Baş naziri

“Ermənistanla artıq sülh sazişi üzərində danışıqlar gedir”. Bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı deyib. “Bildiyiniz kimi, Pakistan Ermənistanla diplomatik münasibətləri qurmayan bir neçə ölkədən biridir. Bu bizim mənəvi öhdəliyimizdir. Siz Ermənistanla sülh sazişini imzalayandan sonra bizə mesaj versəniz, biz bu məsələyə baxa […]